"Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir!
02.08.2023 09:50
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Günay Tağıyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin (ASM) şöbə müdiridir.
 
O, 27 iyul 1976-cı ildə Gəncə şəhərində anadan olub. Ali təhsilini 1993-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində alıb. Universiteti bitirdikdən sonra Gəncə şəhər 4 nömrəli Uşaq poliklinikasında həkim-pediatr vəzifəsində çalışmağa başlayıb.
 
Günay Tağıyev 2004-cü ildə fəaliyyətini Gəncə şəhər 1 nömrəli Uşaq poliklinikasında davam etdirib. 2011-ci ildə 4 nömrəli Uşaq poliklinkasında baş həkim vəzifəsinə təyinat alıb.
 
Bir sıra yerli və beynəlxalq konfrans və tədbirlərdə iştirak edən Günay həkim hazırda Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiridir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib