Türkiyənin Yıldız Texniki Universitetinin professoru Biofizika İnstitutunda olub
27.07.2023 10:49

AR ETN Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov Türkiyənin Yıldız Texniki Universitetinin Kimya-metallurgiya fakültəsinin “Biomühəndislik” ixtisasının əməkdaşı, prof. Dr. Cem Bülent Üstündağ ilə görüşüb.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, görüşdə Biofizika İnstitutunun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, f.r.ü.f.d. Rasim Aslanov, Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının laboratoriya rəhbəri,  b.ü.f.d. Taleh Yusifov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova və digərləri də iştirak ediblər.

 

Görüş zamanı Biofizika İnstitutunun və Yıldız Texniki Universitetinin əməkdaşlarının apardığı elmi tədqiqatlar üzrə geniş müzakirələr edilib və gələcəkdə ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın uğurla yaradılıb inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

Daha sonra qonaqlar institutun laboratoriyalarını gəzib, burada olan maddi-texniki təchizat, iş şəraiti və prioritet istiqamətlərdə aparılan elmi tədqiqat işləri, əldə olunan nailiyyətlər barədə məlumatlandırılıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev