Naxçıvanda Hemodializ və Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya mərkəzləri yaradılıb  
26.07.2023 09:33

Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi publik hüquqi şəxsi və Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi yaradılıb.

Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib ki, Hemodializ Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılmasıdır.

 

Eləcə də bu qurum hemodializ xidmətinin yenidən təşkil edilməsi, adekvat səviyyəli personalla komplektləşdirilməsi, dializ parametrlərinin düzgün təyin olunması, idarəetmənin təkmilləşdirilməsi, lazımi maddi-texniki bazanın yaradılması məqsədi ilə yaradılıb.

 

Bundan əlavə, Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada tibbi yardımın keyfiyyət göstəricilərini və bu göstəricilərin qiymətləndirilməsi metodlarını təkmilləşdirmək və işin səmərəliliyini təhlil etmək, peşəkar kadrlar formalaşdırmaq, bilik və bacarıqların artırılmasıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır