Naxçıvan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin bir qrup əməkdaşı vəzifəsindən azad edilib  
24.07.2023 12:34

Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin bir qrup işçisi vəzifəsindən azad edilib.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov bununla bağlı müvafiq əmr imzalayıb.

 

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyində yoxlamalar aparıb və bir çox qanun pozuntuları aşkar edilib. Məlum olub ki, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin kompüter operatoru Birliyin digər bir qrup işçisi ilə birgə müəssisədə müəyyən maraqlar əsasında müəssisənin normal iş rejimini pozub, təsirində saxladığı şəxslərlə birlikdə Birliyin həkim və digər işçilərinə qarşı fiziki, psixoloji təzyiqlər göstərərək cinayət xarakterli əməllərə yol verib. Həmin işçilərin cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti sənədlər Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır