Seminar: "Hipertoniya: optimal nəzarətə aparan yollar"
23.07.2023 15:09

Yevlax Rayon Mərkəzi Xəstəxanasında "Servier" şirkətinin təşkilatçılığı ilə xəstəxananın həkimləri üçün "Hipertoniya: optimal nəzarətə aparan yollar" mövzusunda seminar təşkil olunub.

 

Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, tədbirdə tibb üzrə fəlsəfə doktoru Vüqar Abbasov hipertoniya xəstəliyinin ilkin fəsadlarından, 3 mərhələli müalicə üsulu və hipertoniyanın müxtəlif növləri ilə bağl iştirakçılara maarifləndirici məlumatlar verib. Qeyd edib ki, böyük təzyiq və ya kiçik təzyiqdən birinin normadan çox olması hipertoniya kimi qəbul edilir.

 

V.Abbasov bildirib ki, sağlamlıq mərkəzində qan təzyiqinin ölçülməsində böyük təzyiqin 140 mm.c.s. və ya kiçik təzyiqin 90 mm.c.s.-dan çox olduğu aşkarlanarsa, yüksək təzyiq kimi qəbul edilir. Yəni, böyük və ya kiçik təzyiqdən birinin yüksək olması hipertoniya diaqnozu üçün kifayətdir.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib