Bio-Etika Komissiyasının növbəti iclası keçirilib
23.07.2023 12:57

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Bio-Etika Komissiyasının növbəti iclası keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, iclasda Ümumi cərrahiyyə şöbəsinin müdiri Namiq Novruzovun Hospitalın bazasında klinik tədqiqat keçirilməsi ilə bağlı müraciətinə baxılıb.

 

Tədqiqat haqqında məlumat verən N.Novruzov bildirib ki, “Xolesistektomiyaya bağlı biliklərin və nəticələrin qlobal miqyasda dəyərləndirilməsi” (GECKO – Global Evaluation of Cholecystectomy Knowledge and Outcomes) tədqiqatı beynəlxalq, çoxmərkəzli, prospektiv müşahidə xarakterli elmi araşdırmadır.

 

Tədqiqatın məqsədi öd kisəsi xəstəliklərinin müalicəsində tətbiq edilən laparoskopik xolesistektomiya əməliyyatlarının təhlükəsiz icra edilməsi ilə bağlı beynəlxalq səviyyədə məlumatların toplanması və təhlil edilməsidir.

Azərbaycanda bir sıra digər klinikaların da bu tədqiqata qoşulmağı planlaşdırdığını bildirən Namiq Novruzov komissiya üzvlərinin suallarına cavab verib.

 

Bio-Etika Komissiyasının üzvləri müzakirə edilən tədqiqatın nəticələrinin laparoskopik xolesistektomiya əməliyyatlarının təhlükəsiz icra edilməsi ilə bağlı mövcud bilikləri zənginləşdirəcəyini qeyd edərək, Mərkəzi Gömrük Hospitalı bazasında aparılacaq “Xolesistektomiyaya bağlı biliklərin və nəticələrin qlobal miqyasda dəyərləndirilməsi” (GECKO – Global Evaluation of Cholecystectomy Knowledge and Outcomes) tədqiqatının etik standartlara cavab verdiyini təsdiq ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev