Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında oftalmoloq vəzifəsinə təyinat olub
23.07.2023 11:34

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, Afaq Qəhrəmanova müəssisədə oftalmoloq vəzifəsinə təyin olunub.

 

Afaq Müzəffər qızı Qəhrəmanova 27 may 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1993-1999-cu illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb. 1999-2000-ci ildə Sumqayıt şəhər Göz xəstəxanasında Həkim oftalmoloq ixtisası üzrə internatura keçib.

 

O, 2003-2006-cı illərdə Kiyev şəhər Dneprovskiy rayonu 3 saylı poliklinikada həkim oftalmoloq, 2005-2011-ci illərdə Kiyev şəhəri Yanıq mərkəzində neyrooftalmoloq-konsultank, 2006-2008-ci illərdə Kiyev şəhəri "Zreniye" Fyodorov oftalmoloji mərkəzində həkim oftalmoloq, 2009-2011-cı illərdə Kiyev şəhər Dneprovskiy rayonu 3 saylı poliklinikada həkim oftalmoloq, 2008-2011-ci illərdə Lüksoptikada oftalmoloq-optometrist, 2011-2012-ci illərdə Kiyev şəhəri ailə həkimi Rusanovka klinikasında həkim oftalmoloq vəzifələrində çalışıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib