Səhiyyə müəssisələrinə işə qəbul edilmiş yeni kadrlar üçün kurslar təşkil edilib
22.07.2023 10:31

Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, yeni qərarlar verilir, dövlət proqramları qəbul edilir, tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Tibb sahəsində kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatların davamı kimi tibb işçilərinin işə qəbulunun müsabiqə yolu ilə aparılması muxtar respublikada səhiyyənin inkişafına öz töhvəsini verməkdədir.

 

Naxçıvan Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən tibb işçilərinin işə qəbulu üzrə növbəti müsabiqə keçirilib. 22-23 may və 31 may 2023-cü il tarixlərində test imtahanı və klinik tapşırıq mərhələsi olmaqla iki mərhələdə aparılan müsabiqə nəticəsində 1-həkim, 23-ü isə orta tibb işçisi olmaqla, 24 nəfər ən yüksək bal toplayaraq muxtar respublikanın səhiyyə müəssisələrində işlə təmin edilib.

 

Ötən illərdən fərqli olaraq yeni işə təyin olunan tibb işçilərinin nəzəri və praktik təcrübələrə yiyələnmələri məqsədi ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən kurslar təşkil edilib. Təşkil edilən kurslarda gələcəyin orta tibb işçilərinə təyin olunduqları ixtisaslara uyğun vəzifələr haqqında ətraflı nəzəri və praktik təlimlər keçirilir.

 

Qeyd edək ki, kursların təşkilində məqsəd səhiyyə sistemində ixtisaslaşdırılmış kadr potensialının təkmilləşdirilməsi, tibbi kadrların vəzifələri üzrə daha dərin biliklərə sahib olmaları, əhaliyə daha yüksək səviyyədə tibbi yardımların göstərilməsi və tibbi peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır