"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Terapevt Məqbulə Xəlilova
24.07.2023 09:52

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin ACİL bölməsinin həkim-terapevti Məqbulə Xəlilovanı təqdim edirik.

 

O, 1977-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Kardiologiya şöbəsində internatura keçib.

 

Məqbulə Xəlilova 2002-2005-ci illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 2 saylı Poliklinikasında sahə həkimi, 2005-2009-cu illərdə Mingəçevir ŞMX-nın 1 saylı Poliklinikasında həkim-terapevt, 2009-2017-ci illərdə Mingəçevir ŞMX-nın TTTYS-da çağırışçı həkim işləyib. 2017-ci ildən Mingəçevir ŞMX-nın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin ACİL bölməsində həkim-terapevt kimi fəaliyyətini davam etdirir.

 

Həkim işlədiyi müddətdə mütəmadi olaraq elmi konfras və seminarlarda iştirak edib, ixtisasını və təcrübəsini artırmağa çalışıb. O, 2018-ci ildə Türkiyə Respublikasının Samsun şəhərinin 19 Mayıs Universitetinin Acil Tibb Anabilim Dalında Təcili yardım ixtisası üzrə kurs keçib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır