Ana və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təşkilinin qiymətləndirilməsi aparılıb
18.07.2023 16:17
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılan Komissiya ana və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təşkilinin dəyərləndirilməsi və doğuşayardım xidmətinin qiymətləndirilməsi məqsədilə Gəncə Regional Perinatal Mərkəzinə ezam olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, TƏBİB-in İcraçı direktorunun müavini, komissiyanın sədri Anar İsrafilov, İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev və digər üzvlərin mərkəzə səfəri baş tutub.
Mərkəzdə analara və yenidoğulmuşlara göstərilən tibbi xidmətin, infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) qaydalarının tətbiqinin, qadın və reproduktiv sağlamlığın qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin, yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində onlara göstərilən reanimasion xidmətin, müəssisədə keyfiyyətə nəzarət işinin, kritik durumda daxil olan hamilələrə göstərilən tibbi xidmətinin təşkilinin dəyərləndirilməsi aparılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında GəncəTibbi Ərazi Bölməsinə daxil ətraf rayonların (Samux, Naftalan, Daşkəsən, Göygöl, Goranboy) aidiyyəti işçilərinin iştirakı ilə videoformatda konfrans keçirilib.
Tədbirdə 2023-cü ilin ilk 6 ayında TƏB üzrə göstərilən antenatal və doğuşayardım xidmətinin müqayisəli nəticələri barədə ətraflı məlumat təqdim edilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana və uşaq sağlamlığının səhiyyənin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, doğum və reproduktiv sağlamlıq sahəsində mövcud problemlərin müzakirəsini aparıb. Gələcəkdə bu halların aradan qaldırılmasına nail olmaq üçün görüləcək tədbirlərlə Azərbaycanda ana və uşaq ölümlərinin tədricən azaldılmasına çalışacaqlarını bildirib.
TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin müdiri Anar Ağayev Gəncə şəhərində Ailə Sağlamlıq Mərkəzlərində ilkin səhiyyənin, antenatal xidmətin təşkili haqqında nitqlə çıxış edib.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova Gəncə regionu üzrə antenatal xidmətin 2023-cü ilin ilk 6 ayının müqayisəli təhlilini və “Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının” icrası ilə bağlı təqdimatlarla çıxış edib.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva Gəncə Perinatal Mərkəzdə neonatal xidmətin və təxliyələrin təşkili, regionda əlaqəli pediatrik xidmətin təşkilinə həsr olunan məruzəni diqqətə çatdırıb.
Doğuşayardım komissiyasının sədri Təranə Rəcəbli öz çıxışında Gəncə Perinatal Mərkəzində perinatal xidmətin təşkilinə dair məlumat verib.
Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva Perinatal xidmətdə infeksion nəzarətin təşkili barədə geniş məzmunda çıxış edib.
Keyfiyyətin idarə olunması şöbəsinin məsləhətçisi Samirə Nəcəfova hal-hazırda tətbiq edilən keyfiyyət standartları barədə və onların hesabatlılıq sisteminin tətbiqinin təkmilləşdirilməsi üçün həyata keçirilməli olan tədbirlər haqqında məlumat verib.
Tədbirin sonunda doğuşayardım xidməti üzrə mövcud əmr və sərəncamların, təlimat və protokolların icrasına nəzarəti, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi məqsədi ilə bu sahədə müntəzəm olaraq görüşlərin keçirilməsi barədə müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Bu bölməyə aid digər xəbərlər
Tovuzda tanınmış həkim vəfat edib
23.10.2026 | 11:50
Gəncədə həkim uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib
23.10.2026 | 09:28
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

