“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Mirdaməd Nəbiyev
22.07.2023 09:56
Həkim peşəsi ən ali, məsuliyyətli və xeyirxah peşə sahəsidir. Yarandığı gündən bu peşəyə hər zaman böyük hörmət və qiymət verilib. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. 
 
“Həkimlərimizi tanıyaq!” rubrikamızda təqdim edəcəyimiz belə təbiblərimizdən biri də Mirdaməd Nəbiyevdir.
 
O, 7 iyul 1960-cı ildə Masallı rayonu Şıxlar kəndində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
 
Mirdaməd Nəbiyev 1985-1989-cü ildə Cəlilabad rayon Ağdaş kəndi, 1989-1995-cı illərdə Qodman kənd həkim ambulatoriyalarının, 1995-2001-ci illərdə Kalinovka (Viləş) kənd xəstəxanasının baş həkimi, 2003-2008-də Masallı Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri, 2008-2014-cü illərdə Masallı RMX-da baş həkim müavini, 2014-2020-ci illərdə ƏƏSMN-nin Masallı və Yardımlı rayonları üzrə zona TSEK-nın sədri vəzifələrində çalışıb. 2021-ci ilin fevral ayından indiyə kimi Masallı RMX PHŞ-in Hemotologiya və transfuzion kabinetinin müdiridir.
 
Həkim dəfələrlə yerli, beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, sertifikat, fəxri fərman və təşəkkürnamələrə laiq görülmüşdür.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır