Şəkərli diabet xəstəliyi ilə bağlı maarifləndirmə tədbiri  
14.07.2023 08:52
Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktor müavini, baş həkim Vüsalə Qələndərovanın iştirakı ilə şəkərli diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və xəstəliyin ağırlaşmalarını azaltmaq məqsədilə bu xəstəlikdən əziyyət çəkən insanlarla maarifləndirmə tədbiri keçirilib.
 
Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından xəbər verilib.
 
Tədbirdə Azərbaycan Tibb Universitetinin professoru Könül İsmayılova şəkərli diabet xəstəliyi olan şəxslərin psixoloji vəziyyəti və xəstəliklə mübarizə yolları, şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verib.
 
Qeyd olunub ki, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılması, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır.
 
Professor Könül İsmayılova bildirib ki, bir neçə qrup şəkər endirici preparat vardır. Lakin şəkərli diabetin müalicəsi yalnız şəkərendirici müalicə ilə qurtarmır, onunla bərabər arterial hipertenziyanın, antiatreskirotik və antitrombatik müalicə keçirilməlidir.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara metodiki vəsait paylanılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır