“Şəkərli diabet xəstəliyi və onun müalicəsi” adlı maarifləndirici tədbir keçirilib
13.07.2023 09:51
Balakən Rayon Mərkəzi Xəstəxanasında “Şəkərli diabet xəstəliyi və onun müalicəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin direktoru Dilbər Quliyeva, baş həkim Əfsələddin Buğayev, həkim-endokrinoloq Rəisət Hetayeva, aptek bölmə müdiri Abakar Mehdiyev və rayon ərazisindəki şəkərli diabaet xəstələri iştirak ediblər.
 
Həkim-endokrinoloq Rəisət Hetayeva bildirib ki, bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmazsa ciddi fəsadlar törədə bilər. O, dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
 
Endokrinoloqun sözlərinə görə, hazırda şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət vəsaiti hesabına təmin olunur. Bu xəstəlikdən əziyyət çəkən şəxslər mütləq ərazi xəstəxanasına müraciət etməli və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşməlidirlər.
 
“Şəkərli diabetə tutulmuş insanlar uzun müddət, ya da ömrünün sonunadək normal şəkərlərlə dərmansız və fəsadsız yaşaya bilərlər” - deyə Rəisət Hetayeva qeyd edib.
 
Tədbirin sonunda şəkərli diabet xəstələrinə qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri təqdim olunub və onlara aparatdan düzgün istifadə qaydaları izah olunub.
 
Direktor Dilbər Quliyeva qeyd edib ki, bu cihazlar xəstələrə dövlət hesabına ödənişsiz olaraq təqdim olunur. O, mütəmmadi olaraq xəstəxanada diabet xəstəliyi barədə maarifləndirici tədbirlərin keçirildiyini bildirib.  Vurğulayıb ki, İcbari Tibbi Sığorta bu və bunun kimi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan edir, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin edir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır