Akad.Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsi və əməliyyat bloku yenidən qurularaq istifadəyə verilib
12.07.2023 15:25
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdindəki akad.Z.Məmmədov adına xəstəxananın cərrahiyyə şöbəsi və əməliyyat bloku yenidən qurularaq istifadəyə verilib. Müasir tibbi avadanlıqlarla təchiz edilən Cərrahiyyə şöbəsi 70 çarpayılıqdır.
 
Aztibb.az-a bu barədə Gəncə ŞBX-dan xəbər verilib.
 
Bildirilib ki, cərrahiyyə əməliyyatı zamanı və sonrakı dövrdə fəsadların yaranma ehtimalının qarşısını almaq üçün yüksək səviyyəli nəzarət – keyfiyyət sistemi yaradılaraq buna daima riayət edilir.
 
Şöbədə 61 tibb personalı fəaliyyət göstərir ki, onlardan da 12-i həkimdir. Şöbə müdiri Əliyev Bəxtiyar İlqar oğludur.
 
Müasir tələblərə cavab verən əməliyyat blokunda isə 2 əməliyyatxana otağı, ayıtlma otaqları istifadəyə verilib. Şöbə müasir standartlara uyğun cərrahiyyə masaları (uroloji və ümumi cərrahiyyə), liqaşur, anestezi cihazı ilə təchiz edilib. Əməliyyat blokunun rəhbəri Mövlayeva Şəlalə Nizami qızıdır.
 
Qeyd edək ki, iyun ayının 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə Gəncə ŞBX-nin tabeliyində olan tibb müəssisələrində yenidən qurulan şöbələrin açılışları həyata keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır