Almaniyada 1300-dən çox azərbaycanlı həkim çalışır
11.07.2023 22:12

Alman Tibb Assosiasiyasının cari statistikasının (2022-ci ilin dekabrına olan) nəticələrinə əsasən, Almaniyada xaricdən gələn 60 minə yaxın həkim çalışır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Almaniyanın Bad Salzungen Xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyə klinikasının şöbə müdiri Cavid Hüseynzadə sosial şəbəkədə məlumat paylaşıb.

 

Məlumatda bildirilib ki, Almaniyada cəmi 421.000 həkim işləyir, bunun 14 faizdən çoxu başqa ölkələrdən gələnlərdir. Azərbaycanlı həkimlərin sayı isə 1359 nəfərə çatıb.

 

Qeyd olunub ki, 2022-ci ildə əcnəbi həkimlərin sayı 2683 nəfər artıb. Bütövlükdə Almaniyada əcnəbi həkimlərin sayının illərdir artdığı müşahidə olunur. Son 25 ildə bu say beş dəfədən çox artıb.

 

Əmək Bazarı və Peşə Tədqiqatları İnstitutunun araşdırmasına görə, hazırda Almaniyada 15 000-dən çox həkim çatışmazlığı var.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev