“Praktiki təkmilləşdirmə proqramı” uğurla davam etdirilir
14.05.2024 12:10
TƏBİB tabeli tibb müəssisələrdə kargüzarlıq və arxiv sahələrində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması, eləcə də vətəndaş müraciətlərinə baxılması sahəsində müasir yanaşmaların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “Praktiki təkmilləşdirmə proqramı”nı davam etdirir.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, qurumun Müraciətlərlə iş departamenti tərəfindən həyata keçirilən proqram çərçivəsində praktiki təkmilləşməyə dəvət olunan əməkdaşlar departamentin Ümumi şöbəsi, Vətəndaş müraciətləri və Çağrı xidmətində tətbiq olunan yenilikləri izləyir, o cümlədən vətəndaş müraciətlərinə baxılması, cavablandırılması, onların qəbul prosesi, sənədlərlə iş, elektron sənəd dövriyyəsi və s. proseslərdə faktiki, praktiki iştirak edirlər.
Məlumat üçün bildirək ki, “Praktiki təkmilləşdirmə proqramı”dan bu günədək 15-ə yaxın yaxın tibb mərkəzinin əməkdaşları yararlanıb və il sonunadək proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən dövr ərzində növbəlilik cədvəlinə uyğun olaraq proqrama Tibbi Reabilitasiya Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Nizami Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Lökbatan Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz, Respublika Endokrinoloji Mərkəz, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Yeni Klinika, 3, 12 və 33 nömrəli şəhər poliklinikaları, 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri, 2 nömrəli Tələbə Poliklinikası və Hövsan Sağlamlıq Mərkəzindən 16 kargüzar və 2 arxivçi olmaqla ümumilikdə 18 əməkdaş cəlb olunub.
Proqram müddətində yüksək nizam-intizam və fəallıq göstərdiklərinə görə cəlb olunan əməkdaşlara, müəssisələrin rəhbərliyinə TƏBİB tərəfindən təşəkkür məktubları göndərilib.
Bu bölməyə aid digər xəbərlər
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

