Ömrünün 39 ilini Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Əmir Əsədov
15.07.2023 09:28

"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız Əmir Əsəd oğlu Əsədov zəngin iş təcrübəsinə malik peşakar həkimlərimizdən biridir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib.

 

Əmir Əsədov 1959-cu ildə Quba rayonu Buduq kəndində anadan olub. 1977-1983-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə və profilaktika fakültəsində təhsil alıb. 1983-1984-cü illərdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

 

O, 1984-cü ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında sahə həkimi, terapevt kimi fəaliyyətə başlayıb. 1985-ci ildən Qastroenterologiya şöbəsində həkim-qastroenteroloq, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. 2010-2020-ci illərdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri olub. 2020-ci ildən isə Terapiya şöbəsində həkim-qastroenteroloq kimi fəaliyyətini davam etdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır