Bioloq alim Vaqif Novruzovun 80 illik yubileyi Gəncədə qeyd olunub
10.07.2023 11:16

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində tanınmış bioloq alim, Əməkdar elm xadimi, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri­,  AMEA-nın müxbir üzvü, ölkəmizin coğrafiyasının bitki aləminin tədqiqində, o cümlədən  florogenetika, fitosenologiya, geobotanika və digər sahələrdə böyük elmi xidmətləri olan professor Vaqif Novruzovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

AMEA-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev professor Vaqif Novruzovun Azərbaycanın biolgiya elminin, xüsusən onun botanika sahəsinin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. O, alimin yubileyinin Gəncə elmi ictimaiyyəti üçün əhəmiyyətli hadisə olduğunu və görüşdə səslənəcək məruzələrin elmi mahiyyət daşıması faktının da buna dəlalət etdiyini bildirib.

 

Sonra professor V.Novruzovun həyat və elmi fəaliyyətinin istiqamətlərini əhatə edən məruzələr dinlənilib.

 

Elm və Təhsil Nazirliyinin Nəbatat Bağının şöbə müdiri, biologiya elmləri doktoru Aynur Bayramovanın “Azərbaycan botanika elminin görkəmli nümayəndəsi – professor Vaqif Novruzov”, Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlovanın “Fədakar alim, qayğıkeş ailə başçısı” və AMEA-nın Gəncə Bölməsinin Elmi Kitabxanasının müdiri Vüsalə Hüseynovanın “Vaqif Novruzovun elmi irsi kitabxanalarda” mövzularında məruzələri dinlənilib.

 

Tədbirdə, həmçinin AMEA-nın Gəncə Bölməsindən Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov, bölmənin sədrinin müavini Sara Əzizova, Elmi-təşkilati şöbənin müdiri Aynurə Həsənova, İşlər müdiri Rasim Tağıyev, Gəncə Dövlət Universitetindən dosentlər Yeganə Aslanova və Mirzə Həsənov çıxış ediblər.

 

Çıxışlarda alimin yorulmaz elmi fəaliyyət yoluna bir daha nəzər salınaraq, qeyd olunub ki, professor Vaqif Novruzovun elmi axtarışlarının əsas istiqamətlərini bitki örtüyünün ümumi prоblеmlərinin həllinə yönəldilmiş flоristik-sistеmаtik tədqiqаtlаr təşkil еdir. О, Böyük və Kiçik Qаfqаzın, Nахçıvаn MR-nın şibyə flоrаsını öyrənmiş, həmçinin çохsаylı еlmi еkspеdisiyаlаrın mаtеriаllаrı əsаsındа Qаfqаz şibyələrində növəmələgəlmə prоsеsini, flоrаnın gеnеzisi, fоrmаlаşmаsı yоllаrını еlmi dəlillərlə dаhа dа dəqiqləşdirmişdir. O, elmə məlum оlmаyаn 15 yеni növün ilk dəfə bоtаniki təsvirini vеrərək, оnlаrı dünyа flоrаsınа dахil еtmişdir. Həmin növlər dünyа bоtаnikləri tərəfindən qəbul еdilərək, mоnоqrаfik məcmuələrə və təyinеdicilərə dахil еdilmişdir. Professor V.Nоvruzоv onilliklər ərzində Аrktikаdаn tutmuş, Оrtа Аsiyа səhrаlаrınа qədər, Mərkəzi Аvrоpа, Аsiyа mеşələrini, Qаfqаz, Urаl, Хibin, Mərkəzi Kоpеt-dаq, Tyаn-Şаn, Kаrpаt, Pаmir, Alp, Qаfqаz dаğ sistеmlərində təşkil оlunmuş еlmi еkspеdisiyаlаrdа iştirаk еdərək, bitki örtüyünün yаyılmа qаnunаuyğunluqlаrına və növ əmələgəlmə prоsеslərinə dаir qiymətli еlmi dəlillər tоplаmışdır.

 

V.Novruzov botanikanın praktiki, metodiki və nəzəri problemlərinə həsr olunmuş 250 elmi əsərin, o cümlədən 7 monoqrafiya, 3 dərslik, 7 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrin müəllifidir. O, 30-dan çox beynəlxalq və regional elmi konfrans, simpozium, qurultay, konqres və elmi ekspedisiyaların iştirakçısıdır.

 

Hazırda AMEA-nın Gəncə Bölməsinin “Xəbərlər”, Gəncə Dövlət Universitetinin “Xəbərlər” jurnallarının redaksiya heyətinin,  Botanika İnstitutu Dissertasiya Şurasının üzvü, Azərbaycan Botaniklər Cəmiyyətinin vitse-prezidentidir.

 

Yubilyarın həyat yoldaşı, Gəncə Dövlət Universitetinin dosenti Zilxumar İsmayılova da çıxışında Vaqif Novruzovun uzun illər ərzində əsl elm naminə göstərdiyi fədakarlıq nümunələri haqda danışıb.

 

Tədbirin sonunda çıxış edən professor Vaqif Novruzov bu əlamətdar görüşün təşkilinə, eləcə də öz elmi fəaliyyətinin bütün dövrləri ərzində Gəncənin əsas elm ocağı kimi AMEA Gəncə Bölməsinin və onun rəhbəri akademik Fuad Əliyevin daimi dəstəyinə görə sonsuz minnətdarlıq hisslərini çatdırıb.

 

Sonda yubilyara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları