Uşaqlar arasında yoluxucu xəstəliklərin qarşısının alınmasına dair müzakirələr aparılıb
08.07.2023 20:05

Uşaqlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması və immunoprofilaktika işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" çərçivəsində Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində tədbir keçirilib.

 

Rayon Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə İlkin Səhiyyə Xidməti (İSX) şöbəsinin müdiri, həkim-terapevt Şəlalə Bayramova, ASM bölmə müdiri, həkim-terapevt Firuzə Həmidova, Şəki şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu Fəhimə Paşayeva, eləcə də ailə həkimi-terapevtlər, pediatrlar, kənd həkim və kənd tibb məntəqə müdirləri və tibb işçiləri iştirak ediblər.

 

Tədbirdə ailə həkim-pediatr Fəxriyyə Salmanova yoluxucu xəstəliklərin qarşısının alınması üçün ən effektiv üsul - peyvəndlənmənin əhəmiyyəti barəsində çıxış edib.

 

Sonra həkim-epidemioloq Fəhimə Paşayeva çıxış edərək bildirib ki, bu xəstəliklərin profilaktikası işində uşaqların milli təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir.

 

Qeyd olunub ki, ölkə üzrə peyvənd planı hər il təxminən 96-98% yerinə yetirilir. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bu xəstəlikdən azad diyara çevrilmiş və bu statusu saxlayır.

 

Daha sonra ailə həkimi-terapevt Gülşən İsmayılzadə "Anafilaktik şok" mövzusunda təqdimatla çıxış edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır