Siyəzən Müalicə Diaqnostika Mərkəzinin işçiləri üçün təlimlər təşkil olunub
08.07.2023 11:22

TƏBİB tərəfindən Siyəzən Müalicə Diaqnostika Mərkəzində çalışan personalın maarifləndirilməsi məqsədilə təlimlər keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlimlər TƏBİB-in Qida və təsərrüfat malları şöbəsinin müdiri Kərəm Əliyev, şöbənin böyük məsləhətçisi Ceyhun Səmədov, aparıcı məsləhətçisi həkim-dietoloq Vüsalə Tağıyeva və “Yeni Klinika”nın aşpazı İlkin Orucov tərəfindən aparılıb.

 

Təlimdə Siyəzən Müalicə Diaqnostika Mərkəzinin qida sahəsi üzrə məsul əməkdaşları da daxil olmaqla Quba, Qusar, Şabran, Xaçmaz və Xızı Rayon Mərkəzi Xəstəxanalarının qida sahəsi üzrə cavabdeh şəxsləri iştirak ediblər.

 

Təlimdə ərzaq məhsullarının qəbulu, saxlanılması, pəhriz masalarına uyğun menyuların tərtib edilməsi mətbəxə verilməsi, ilkin və isti emalı mövzusunda geniş məlumatlar verilib. Həmçinin müalicəvi yeməklərin hazırlanmasında istifadə edilən ərzaqların düzgün emalının praktiki nümayişi də həyata keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır