Naxçıvan səhiyyəsində ilk: Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilib
25.06.2023 14:04

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq səhiyyə könüllüləri fəaliyyətə başlayıb.

 

Aztibb.az-a muxtar respublikanın Səhiyyə Nazirliyindən bildirilib ki, bu məqsədlə iyunun 25-də “Səhiyyə könüllüləri” adlı tədbir keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, muxtar respublikanın qabaqcıl həkimləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim rezidentləri və Naxçıvan Tibb Kollecinin tələbəri iştirak ediblər.

 

Tədbirdə muxtar respublika səhiyyəsində baş verən yeniliklər və yeni islahatlar haqqında çıxış edən Samiq Sadıxov bildirib ki, son günlər ard-arda muxtar respublika sakinləri üçün yüksək səviyyəli səhiyyə layihələri təqdim edilir, bu sahədə əhalinin sağlamlığının yüksək səviyyədə təmin olunması istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Belə ki, muxtar respublikada ilk dəfə olaraq IX-XI sinif şagirdlərinin keratokonus xəstəliyinin skrininqi aparılmış, muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün sığorta göndərişlərinin verilməsi ləğv edilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 7 iyun 2023-cü il tarixli Kollegiya Qərarı ilə muxtar respublika ərazisində antibiotiklərin reseptsiz satılmasına nəzarət gücləndirilmişdir.

 

Həyata keçirilən tədbirlərin davamı olaraq səhiyyə könüllülərinin yaradılması da muxtar respublikada səhiyyənin dinamik inkişafı istiqamətində atılan addımların bariz bir nümunəsidir. Bu layihə gənclər arasında sosial problemlərin həllinə kömək etməklə yanaşı, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq edilməsi və tibb tələbələri arasında daha geniş maarifləndirmə işləri aparmaq üçün xüsusi önəm daşıyır. Həm də tələbələrimiz gələcək fəaliyyətləri üçün dəyərli biliklər, yeni bacarıqlar qazanacaqlar.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır