Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nevroloqu Cəmil İbrahimov - Həkimlərimizi tanıyaq!
30.06.2023 09:14
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!” rubrikasının bu dəfəki qonağı TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin nevroloqu Cəmil İbrahimovdur.
 
O, 1990-cı ildə Göyçay rayonunda anadan olub.  2006-2012-ci il illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Nevrologiya ixtisası üzrə rezidentura keçib.
 
Cəmil İbrahimov 2012-2013-cü illər N saylı hərbi hissədə həkim-məntəqə rəisi, 2013-2017-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında nevroloq, 2017-2020-ci illərdə Füzuli rayon Hərbi Hospitalında bölmə rəisi-nevroloq, 2020-2023-cü illərdə isə Xocavənd rayonunun işğaldan azad edilmiş Hadrut qəsəbəsində bölmə rəisi-nevroloq vəzifələrində çalışıb.
 
Gənc həkim 2023-cü ildən "Cəbrayıl rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə nevroloq işləyir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir