Tibb İşçilərinin Peşə Bayramı Günü Xaçmazda da qeyd olunub
17.06.2023 11:41

Xaçmazda 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirib.

 

Aztibb.az-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək onlara məsul və şərəfli peşələrində uğurlar arzulayıb.

 

Elnur Rzayev son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. O, səhiyyənin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi vurğulanıb.

 

Sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev rayonda tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 236 çarpayılıq xəstəxananın, habelə 24 həkim məntəqəsinin və 35 tibb məntəqəsinin fəaliyyət göstərdiyini, burada müxtəlif ixtisaslı 165 nəfər həkimin, 1338 nəfər tibb işçisinin çalışdığını bildirib.

 

Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev rayonda epidemioloji vəziyyətin sabit saxlanılması istiqamətində həyata keçirlən tədbirlər barədə məlumat verib.

 

Sonda bir qrup qabaqcıl tibb işçisi Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır