Binəqədi Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib
16.06.2023 11:12

Binəqədi Tibb Mərkəzində 17 iyun- Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə çıxış edən Binəqədi Tibb Mərkəzinin Doğum evinin rəhbəri Zeynəb Hüseynova tibb işçilərini təbrik edərək, dövlətin tibb sahəsinə göstərdiyi diqqətdən danışıb. O, dövlətin siyasətinin mərkəzində onun vətəndaşının sağlamlığının qorunmasının dayandığını vurğulayıb.

 

Daha sonra çıxış edə Binəqədi Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Feyruz Verdiyev həm birinci Qarabağ müharibəsi, həmdə ikinci Vətən müharibəsi dövründə fədakar tibb işçilərinin fəaliyyəti haqqında məlumat verib.

 

Göstərilən etimada və dəyərə görə dövlətimizə minnətdar olduğunu bildirən Binəqədi Tibb Mərkəzinin Terapiya şöbəsinin müdiri Kəmalə Abdullayeva nitqini Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu səhiyyə siyasətinin günümüzdə uğurla davam etdirildiyi ilə yekunlaşdırıb.

 

Sonda Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov çətin və şərəfli peşə yolunda bütün fədakar tibb işçilərini təbrik edib. Direktor Vətən müharibəsi və koronavirus pandemiyası zamanı tibb işçilərinin fədakar əməyini qeyd edib. Dövlətimizin ağ xalatlı qəhrəmanları daima diqqət mərkəzində saxladığını və səhiyyə sahəsində aparılan islahatların yeni müasir səhiyyə anlayışını yaratdığını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev