Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb
15.06.2023 15:44

TƏBİB-in tabeliyindəki Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, hemodializ şöbəsində müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.

Kəskin və xroniki böyrək çatışmazlığı zamanı xəstələrin mərkəzdə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün 10 çarpayı ilə fəaliyyətə başlanılıb.

Hemodializ şöbəsində “Fresenius Medikal Care” cihazları, su təmizləmə sistemi (osmos tipli 2000) və dializ məhlulunu hazırlayan “Gramomix 2018” sistemi quraşdırılıb.

 

İstifadə olunan bütün cihazların və tibbi aksesuarların hər bir prosedurdan sonra xüsusi kimyəvi vasitələr və aparatlarla dezinfeksiya olunması təmin edilib.

Şöbədə hazırda 2 həkim və 30-a qədər tibb işçisi fəaliyyət göstərir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev