Agentlik tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə onlayn sorğu keçirilib
13.06.2023 15:19

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu Agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onlardan 53 %-ni kişi, 47 %-ni isə qadınlar təşkil edib. Onların 49 %-i 25-34 yaş aralığındadır.

 

Respondentlərdən icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sual soruşulub. 72 % sorğu iştirakçısı icbari tibbi sığortadan yararlandığını bildirib.  

 

Həmin şəxslərin 56 %-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında xidmət aldığını bildirib. Sözügedən tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində tibbi xidmət alan respondentlər isə 44 % təşkil edib.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə edənlərin məmnunluq səviyyəsi 70% təşkil edib.

 

Onlayn sorğu zamanı əhalinin icbari tibbi sığortadan məmnunluğu ilə yanaşı, məlumatlılıq səviyyəsi də öyrənilib. Əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Agentlik tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə kampaniyası vətəndaşların məlumatlılıq səviyyəsinin qalxmasına gətirib çıxarıb. 96 % respondent icbari tibbi sığorta haqqında məlumatlı olduğunu bildirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev