Toksikoloji və allerqoloji xidmətlər təkmilləşdirilir  
13.06.2023 12:54
TƏBİB-in təşkilatçılığı ilə tabeli tibb müəssisələrində toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi üzrə layihələr keçirilir.
 
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, layihə çərçivəsində "Yeni Klinika"da elmi-praktiki konfrans keçirilib.
 
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən stasionar tibb müəssisələri, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları, Sumqayıt Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışan təcili yardım sahəsi üzrə həkimlər, anestezioloq-reanimatoloq, terapevt, pediatr və allerqoloqlar iştirak ediblər.
 
Konfransda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, şöbənin həkim-toksikoloqu Faiq Süleymanov, Nərimanov Tibb Mərkəzinin həkim-allerqoloqu Rasimə Söyziyeva, Mərkəzin nəzdində olan Uşaq Kliniki Xəstəxanasının Allerqologiya və immunologiya şöbəsinin müdiri Lalə Axundova müvafiq təqdimatlarla çıxış ediblər.
 
İştirakçılara ilan sancması, uşaqlarda qida allergiyası, dərman zəhərlənməsi, "Stivens-Conson" sindromu, toksik epidermal nekroliz, anafilaktik şok, narkotiklərin sui-istifadəsi, alkoqolla bağlı təcili hallar mövzularında yeni klinik protokollar, tibbi xidmətin göstərilmə alqoritmləri haqqında məlumatlar verilib, interaktiv müzakirələr aparılıb.
 
Qeyd edək ki, 2023-cü ilin aprel ayından başlayaraq respublikanın 8 regionunda müvafiq istiqamətlər üzrə silsilə tədbirlər həyata keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev