Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Sinqapur Milli Göz Mərkəzinin fəaliyyəti ilə tanış olublar
12.06.2023 15:39
8-10 iyun tarixlərində Sinqapurda keçirilən APACRS-in (Asia-Pacific Assiciation of Cataracat & Refractive Surgeons) 35-ci illik konfransında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları fəal iştirak ediblər.
 
Aztibb.az-ən xəbərinə görə, konfransdan sonra akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova və Sona İbrahimova Sinqapur Milli Göz Mərkəzini ziyarət ediblər. Mərkəzin səlahiyyətli şəxsi tərəfindən müşayiət olunan oftalmoloqlarımız Sinqapur Milli Göz Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Bildirilib ki, Sinqapur Milli Göz Mərkəzi (SNEC) 3 mart 1989-cu ildə yaradılmış və 1990-cı ilin oktyabrında fəaliyyətə başlamışdır. SNEC 80-ə yaxın oftalmoloqdan ibarət fakültə ilə keyfiyyətli təhsil və tədqiqata diqqət yetirməklə ixtisaslaşmış oftalmoloji xidmətlərin göstərilməsinə rəhbərlik edir və əlaqələndirir.
 
Diqqətə çatdırılıb ki, SNEC 4 xəstəxana, 5 milli ixtisas mərkəzi, 8 ilkin səhiyyə poliklinikası və 3 icma xəstəxanasından ibarət Sinqapur Sağlamlıq Xidmətləri (SingHealth) akademik klasterinin bir hissəsidir.
SNEC yüksək standartlar və nəticələri təmin etmək üçün cərrahiyyənin tədrisi və monitorinqi üçün hər bir böyük əməliyyatı həyata keçirən dünyada bir neçə qurumdan biridir. Mərkəz qlaukoma, katarakta və miopiya kimi əsas göz xəstəliklərinin səbəbləri və müalicəsi ilə bağlı kliniki tədqiqatlarda fəal iştirak edir.
 
Görüş zamanı Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Sinqapur Milli Göz Mərkəzininin mütəxəssisləri oftalmoloji yeniliklərdən bəhs edərək, qarşılıqlı təcrübələrini bölüşüblər.
Həmçinin t.ü.f.d. Yazgül Abdıyeva Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və regional filiallarının fəaliyyəti haqqında məlumat verib.
 
T.ü.f.d. Mirana Mirişova Mərkəzdə həyata keçirilən excimer-lazer əməliyyatından, Sona İbrahimova isə qalukoma xəstəliyinə qarşı qurumun fəaliyyətindən bəhs edilbər.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev