İsrailli həkimlər Sumqayıt Tibb Mərkəzində olublar
12.06.2023 14:32
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda səfərdə olan İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Neyrocərrahiyyə şöbəsinin müdiri Mikki Gideon, Uşaq nevrologiyası və autizm şöbəsinin müdiri Analiya Diana, Uşaq reanimasiyası şöbəsinin müdiri Tsaxi, Karmel Tibb Mərkəzinin Uşaq İnkişafı İnstitutunun rəhbəri Şemir Lilah və Şnayder Tibb Mərkəzinin Uşaq nefrologiyası şöbəsinin müdiri Dani Landau TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində (STM) olublar.
TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, israilli həkimlər STM-in nəzdindəki Perinatal Mərkəzin iş fəaliyyəti və yaradılan şəraitlə yaxından tanış olublar.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova qonaqlara rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat verib, Perinatal Mərkəzdə perinatal və reproduktiv sağlamlıq xidməti göstərildiyini bildirib.
Diqqətə çatdırılıb ki, Perinatal Mərkəzdə ikinci səviyyəli laboratoriya 7/24 saat fəaliyyət göstərir. Eyni zamanda tibb müəssisəsində Hamiləliyin patologiya şöbəsi, Doğum şöbəsi, Ginekologiya şöbəsi, Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) şöbəsi, Anesteziologiya-reanimatologiya şöbəsi, Neonatal reanimasiya və intensiv terapiya bölümü, Yarımçıq və xəstə yenidoğulmuşlar şöbəsi, Əməliyyat bölməsi, Poliknik şöbə, Laboratoriya şöbəsi, eləcə də Diaqnostika və katamnestik izləm kabinetləri fəaliyyət göstərir. Neonatal reanimasiya və intensiv terapiya şöbəsində 10 çarpayılıq yeni reanimasiya zalı təşkil olunub. Reanimasiya zalı 16 hava və oksigen çıxışı ilə təmin olunub.
Mərkəzdə təbii və cərrahi doğuşların, açıq və laporoskopik, ginekoloji əməliyyatların həyata keçirilməsi üçün hər bir şərait var. Müəssisə artıq regional mərkəzə çevrilib. Bura Sumqayıtla yanaşı, şimal bölgəsindən olan xəstələr də müraciət edir.
Qeyd edək ki, tibb müəssisəsində 2023-cü ilin ötən dövrü ərzində 165 ROP müayinə olunub, 701 topuq testi götürülüb.
Mərkəz "Körpə Dostu Klinikası" təşəbbüsünə qoşulub. 2023-cü ilin son 5 ayında perinatal xidmət almış körpələrdən 126-sı özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB tabeli tibb müəssisələrindən qəbul edilib.
Sonda israilli qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

