Özümüzü koronavirusdan necə qoruyaq?    
13.10.2020 15:12

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini, ümumi cərrahı, t.e.d. Bəxtiyar Musayev “Özümüzü koronavirusdan necə qoruyaq?” sualını cavablandırıb.

 

Hazırda ölkəmizdə erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqların qaytarılması uğrunda müharibə gedir. Hamının diqqəti indi cəbhə zonasına yönəlib. Lakin bu o demək deyil ki, ölkədə koronavirus infeksiyası daha yoxdur. Əksinə, cəbhə zonasında da, arxa cəbhədə də bu yoluxmalardan daim qorunmaq lazımdır.

 

Məlumdur ki, 2020-ci ilin gəlişi hər yerdə COVID-19 pandemiyasının geniş yayılması ilə əlamətdar oldu. Azərbaycan da infeksiyanın yayıldığı ilk dövrdən bu böyük bəla ilə mübarizəyə qoşuldu və bu işdə mühüm irəliləyişlər müşahidə edildi. Hökumətin həyata keçirdiyi operativ tədbirlər sayəsində pandemiyanın yayılması bir qədər səngidi. Yaddan çıxarmayaq ki, COVID-19 Azərbaycanda hələ də var və hər gün yeni yoluxmalar, insan ölümü qeydə alınır. Ona görə də, məhz indi, yaydan payıza keçdiyimiz – respirator xəstəliklərin baş qaldırdığı dövrdə daha ehtiyatlı olmalı, soyuqdəymələrdən qorunmalıyıq.

 

Bəs, hazırda payızın gəlişi ilə respirator xəstəliklərin artdığı bir vaxtda özümüzü koronavirusdan qorumaq üçün gigiyna qaydalarına riayət etməklə yanaşı, havaların dəyişkən olduğunu nəzərə alaraq, geyimə fikir vermək lazımdır. Hava buludlu olarsa, evdən çıxdıqda pencək, gödəkçə və çətir götürməyi unutmaq olmaz.

 

Özünüzü soyuqdəymədən qorumaq üçün təkcə düzgün geyimi seçmək azdır, belə ki, xəstəliklərə yoluxmamaq üçün immuniteti möhkəmləndirmək də vacib şərtlərdən biridir. Bolluca meyvə-tərəvəz yemək, sağlam qidalara üstünlük vermək, vitamini, mineralı çox olan qidalar qəbul etmək və təmiz havada gəzmək lazımdır. Gigiyena qaydalarına ciddi riayət etməyi yaddan çıxarmayın: maska, əlcək, spirtdən istifadə edin. COVID-19 virusu əsasən hava-damcı yolu ilə yayıldığı üçün insanların çox toplaşdığı yerlərdə, açıq və qapalı məkanlarda 2 metr ara məsafəsinin saxlanılması olduqca vacibdir.

 

Yeni koronavirus xəstəliyi zamanı boğazda ağrı, yüksək hərarət, quru öskürək, tənəffüs çatışmazlığı, iy və dadbilmə qabiliyyətinin itməsi müşahidə olunur. Bu əlamətlər olarsa, dərhal həkimə müraciət etmək və testdən keçmək lazımdır. Xəstəliyi boğulma dərəcəsinə çatdırmaq lazım deyil, bu halda müalicə daha çətin olur. Bütün bu qaydalara riayət etməklə özünüzü koronavirusdan qorumuş olarsınız.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib