Komissiya üzvləri Şəki Rayon Mərkəzi Xəstəxanasını və Perinatal Mərkəzi ziyarət ediblər
10.06.2023 16:29

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrinin strukturuna daxil olan regional perinatal mərkəzlərinin fəaliyyətinin dəyərləndirilməsi haqqında” TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun 23 may 2023-cü il tarixli əmri ilə yaradılmış Tibb müəssisələrində perinatal mərkəzlərin fəaliyyətinin dəyərləndirilməsi ilə əlaqədar yaradılmış Komissiyanın sədri – TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və Komissiya üzvləri Şəki Rayon Mərkəzi Xəstəxanasını və Perinatal Mərkəzi ziyarət ediblər.

 

Aztibb.az-a Xəstəxanadan bildirilib ki, ziyarət zamanı Kommissiya tərəfindən analara göstərilən tibbi xidmətin dəyərləndirilməsi və infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) qaydalarının tətbiqi, yenidoğulmuşlara göstərilən tibbi xidmətin dəyərləndirilməsi və (İPİN) qaydalarının tətbiqi, kritik durumda daxil olan hamilələrə göstərilən tibbi xidmət, qadın və reproduktiv sağlamlığın qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ana ölümlərinin qarşısının alınması məqsədilə aparılmış tədbirlər, eləcə də tibb personalının yenidoğulmuşlara göstərilən tibbi xidmət, qadın və reproduktiv sağlamlıq sahəsində təlimlərdə iştirakı qiymətləndirilib. Bundan başqa, neonatal ölümlərin azaldılması istiqamətində görülmüş işlər, yenidoğulmuşların sağlamlığının qorunması məqsədilə skrininq proqramı çərçivəsində göstərilmiş laborator xidmətin təşkili, tibb müəssisələrində keyfiyyətə nəzarət işinin təşkili, tibb personalının sertifikasiya müddətinə və növbətililik cədvəlinə nəzarət, tibb personalının vəzifə təlimatları barədə məlumatlılıq bazasının yoxlanılması üzrə dəyərləndirilmə aparılıb.


"Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin akt zalında komissiya üzvlərinin iştirakı ilə tədbir keçirilib.

 

Tədbirə Balakən, Zaqatala, Qax, Oğuz Rayon Mərkəzi Xəstəxanalarının rəhbər və aidiyyəti tibb işçiləri onlayn formada qoşulublar.

 

İlkin səhiyyə və təcili yardım departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova “Şəki-Balakən TƏB üzrə doğuşayardım xidməti göstərən müəssisələrin 4 aylıq hesabatının təhlili” və “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi”, İlkin səhiyyə və təcili yardım departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva “Şəki-Zaqatala TƏB üzrə neonatal xidmət”, "Sumqayıt Perinatal Mərkəzi" publik hüquqi şəxsin rəhbəri, “TƏBİB”-in tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiya"nın sədri Təranə Rəcəbli “Şəki Perinatal Mərkəzin perinatal göstəricilərinin təhlili” mövzusunda təqdimatlar ediblər. Həmçinin Tibbi xidmətlərin inkişafı departamentinin Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Xanım Məlikova “Keyfiyyətin idarə olunması işinin təşkili”, Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Perinatal Mərkəzlərdə infeksiyaların profilaktikası və infeksion nəzarət” mövzularında məruzələrlə çıxış ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır