“Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən təlim yekunlaşıb
10.06.2023 12:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən təlim yekunlaşıb.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, bağlanış mərasiminda çıxış edən Agentliyin İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova Agentliklə qardaş ölkənin səhiyyə və tibbi sığorta ilə bağlı aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib. Türkiyə universitetlərinin Azərbaycanda tibbi kadrların hazırlanmasına hər zaman töhfə verdiyini qeyd edən

 

N.Bayramova Ankara Universitetinin keçirdiyi təlimlərin kadr potensialının gücləndirilməsində əhəmiyyətli olduğunu söyləyib.

 

Qeyd edək ki, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə Agentlik və TƏBİB-in əməkdaşları, həmçinin 12 dövlət tibb müəssisəsinin (Masallı, Abşeron, Tərtər, Göygöl, Zaqatala, Salyan, Bərdə rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Suraxanı, Sabunçu tibb mərkəzlərinin, Yeni Klinika, Respublika Klinik Xəstəxanasının) direktor və müavinləri iştirak edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev