Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunub
09.06.2023 15:57

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunub.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, təlim Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutub.

 

Təlimdə Agentlik və TƏBİB-in əməkdaşları, həmçinin 12 dövlət tibb müəssisəsinin (Masallı, Abşeron, Tərtər, Göygöl, Zaqatala, Salyan, Bərdə rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Suraxanı, Sabunçu tibb mərkəzlərinin, Yeni Klinika, Respublika Klinik Xəstəxanasının) direktor və müavinləri iştirak ediblər.

 

Tibb elmləri fakültəsinin Səhiyyənin idarə edilməsi bölməsinin professorları tərəfindən keçirilən təlimdə səhiyyə iqtisadiyyatı və iqtisadi qiymətləndirmə, layihənin qiymətləndirilməsi, beynəlxalq səhiyyə siyasəti və islahatlar kimi mövzular tədris olunub.

 

Təlimçilər, həmçinin iştirakçıları maliyyə təhlili, səhiyyə informasiya sistemlərinin idarə edilməsi, tibbi mühasibat, qərar vermə metodları, liderlik və idarəetmə bacarıqları, insan resurslarının idarə edilməsi, keyfiyyətin idarə edilməsi və akkreditasiya, pasiyent və işçilərin təhlükəsizliyi ilə bağlı Türkiyə təcrübəsi haqqında məlumatlandırıblar.

 

Bununla yanaşı, təlim iştirakçıları tədris edilən mövzular üzrə əyani tanışlıq üçün Bilkent Şəhər Xəstəxanasını, Ankara Universitetinin Tibb fakültəsinin İbn Sina Xəstəxanasını və Ankara Etlik Şəhər Xəstəxanasını ziyarət ediblər. Təlim iştirakçılarına xəstəxanaların fəaliyyəti haqqında ətraflı məlumatlar verilib.

 

Qeyd edək ki, ötən il Ankara Universitetində keçirilən anoloji təlimdə 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti iştirak edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev