Pasiyentlərinə qayğı və həssaslıqla yanaşan təcrübəli pediatr - Ziyafət Hacıyeva
09.06.2023 16:54

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə bütün pasiyentlərinə qayğı və həssaslıqla yanaşan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Uşaq şöbəsinin həkim-pediatrı Ziyafət Hacıyevanı təqdim edirik.

 

O, 17 sentyabr 1974-cü ildə Ağdaş şəhərində anadan olub. 1992-1998-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçib.

 

Ziyafət Hacıyeva 1999-2003-cü illərdə Ağdaş Rayon Uşaq Poliklinasında şöbə müdiri, 2003-2010-cu illərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Uşaq Reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Ağdaş Rayonunun baş pediatrı təyin edilib. O, 2012-2022-ci illərdə Ağdaş Regional Hemodializ Mərkəzinin rəhbəri işləyib.

 

Təcrübəli həkim 2011-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən 37-ci Beynəlxalq Hematoloji Konqresdə fəxri üzv seçilib və sertifikatla təltif olunub. 2011-ci ildə Türkiyə Cümhuriyyəti Ankara Dışkapı Tədris və Araşdırma Xəstəxanasının Baş Həkimlik bölümündə gözləmçi həkim olaraq çalışıb. 2013-cü ildə o, Ankara Atatürk Tədris və Araşdırma Xəstəxanasında master-klass keçib.

 

Ziyafət Hacıyeva 2023-cü ilin yanvar ayından “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Uşaq şöbəsində həkim pediatr vəzifəsində çalışır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır