Ağdaş Rayon Mərkəzi Xəstəxanasının terapevti Bəhman Abdullayev - "Həkimlərimizi tanıyaq" rubrikası
08.06.2023 10:00
Həkimlərin gülər üzü xəstənin sağalması üçün ilk məlhəmdir. Başqalarının xoşbəxtliyindən xoşbəxt olmaq - bu, özünü tibbə həsr edənlərin ən böyük mükafatıdır.
 
“Həkimlərimizi tanıyaq!” rubrikamızda söz açacağımız belə həkimlərdən biri də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Bəhman Abdullayevdir

Bəhman Abdullayev  4 sentyabr 1958-ci ildə Ağdaş rayon Pirkəkə kəndində anadan olub. 1975-1981-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1981-1982-ci illərdə Terapiya ixtisası üzrə internatura keçib.

 

O, 1982-1984-cü illərdə Koluqa villayətinin Sosnovaya şəhərində sahə terapevt həkimi işləyib. 1984-1989-cu illərdə Yevlax MRX-nın Təcili yardım şöbəsində həkim, 1989-1992-ci illərdə Mingəçevir şəhər narkoloji dispanserində sahə həkimi terapevt, 1993-1995-ci ildə Ağdaş MRX-da Endoskopiya kabinetində endoskopik həkim, 1995-ci ildə Ağdaş MRX-nın Poliklinika şöbəsində terapevt, daha sonra isə Ağdaş MRX-da baş həkimin poliklinika işləri üzrə müavini vəzifələrində çalışıb. 1997-ci ildən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır