Quba Rayon Mərkəzi Xəstəxanasında riskli hamiləliyin qiymətləndirilməsi və müalicəsinə dair təlim keçirilib  
07.06.2023 14:17
TƏBİB-in Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) ilə əməkdaşlığı çərçivəsində yüksək riskli hamiləlik ağırlaşmalarının yaranmasına səbəb olan tromboz risk faktorlarının hamiləlikdən öncə, hamiləlik, doğuş və zahılıq müddətində sübutlu qiymətləndirmə standartlarının müzakirəsinə və standartların gündəlik ambulator/stasionar təcrübədə tətbiq edilməsinə həsr olunan mövzular üzrə təlimlərə start verilib.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd müvafiq sahə mütəxəssislərinin (həkim-mama-ginekoloq, ailə həkimi, kardioloqlar, reanimotoloqlar və s.) hamilələrdə trombofilik ağırlaşmalar risk faktorlarının erkən aşkarlanması və profilaktikası istiqamətində bilik-bacarıqlarının təkmilləşdirilməsidir.
 
Sözügedən mövzu üzrə ilk təlim TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Təlimdə Quba rayonu ilə yanaşı, digər rayon xəstəxanalarınının (Xaçmaz, Qusar, Şabran, Siyəzən) da nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan TƏBİB-in İnsan resursları departamentinin əməkdaşı Nahidə Mahmudova ana və uşaqların sağlamlığının qorunması məsələsinin dövlətin daim diqqət mərkəzində olmasını, bu baxımdan perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının TƏBİB üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov perinatal və uşaq statistik göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təchizatının yaxşılaşdırılması ilə yanaşı, kadr potensialının gücləndirilməsinin prioritetliyini qeyd edib.
 
Daha sonra TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamilə, doğuş, zahılıq dövrlərində ana ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyasının üzvü, t.ü.f.d. Vəfa Qurbanova yüksək riskli hamiləlik ağırlaşmalarının yaranmasında trombofiliyanın rolu və kliniki əhəmiyyəti, hamiləlikdə tromboz riskinin qiymətləndirilməsinə dair müasir sübutlu standartlar və taktika seçimi mövzuları üzrə ətraflı məruzə edib.
 
Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, həkim-kardioloq Şəhanə Ələsgərli hamiləlikdə kardioloji risklər haqqında ən yeni məlumatları diqqətə çatdırıb.
 
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev