Lənkəran Regional Perinatal Mərkəzdə “Ailə otağı”nın açılışı olub
05.06.2023 15:17
Avropa İttifaqı, BMT-nin Əhali Fondunun (UNFPA), və BMT-nin Qadınlar üzrə Ağentliyinin dəstəyi ilə “Ümidli Gələcək” İctimai Birliyinin “Səhiyyə müəssisələrində kişilərin perinatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” layihəsi çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və TƏBİB-in təşkilatçılığı ilə Lənkəran Regional Perinatal Mərkəzdə “Ailə otağı” nın açılışı baş tutub.
Bu barədə Aztibb.az-a Lənkəran Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Tədbirdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev, Regional Perianatal Mərkəzin direktoru Nuridə Məmmədova, UNFPA-nın Azərbaycan Nümayəndəsi Fərid Babayev, Milli Məclisin Ailə Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, deputat Hicran Hüseynova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Qəhrəman Haqverdiyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nehmət Rəhimov, “Ümidli Gələcək” təşkilatının rəhbəri Kəmalə Aşumova, “Atalar Məktəbi” layihəsinin Lənkəran rəhbəri Tofiq İsmayılov iştirak ediblər.
Layihənin əsas məqsədi səhiyyə müəssisələrində kişilərin perinatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi, Lənkəran və digər regionlarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində tibb işçiləri və valideynlər üçün atenal maarifləndirmə guşələrinin yaradılması, maarifləndirmə materiallarının hazırlanması və yayılması, eləcə də tibb işçiləri üçün atenal qayğı ilə bağlı təlim kurslarının təşkilindən ibarətdir.
Qeyd edək ki, Bakı, Göyçay və Lənkəran şəhərlərində valideyn olmağa hazırlaşan və valideyn olmuş qadın və kişilərin sağlam hamiləlik, antenatal qayğının əhəmiyyəti, nümunəvi valideyinlik bacarıqları, uşağa qulluq, gender stereotipləri və qadın hüquqları mövzusunda davamlı tədbir və təlimlərin keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Bu bölməyə aid digər xəbərlər
Tovuzda tanınmış həkim vəfat edib
23.10.2026 | 11:50
Gəncədə həkim uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib
23.10.2026 | 09:28
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

