“Erkən nikah və onun fəsadları mövzusunda” maaarifləndirici tədbir keçirilib
04.06.2023 16:11

Şahbuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimləri tərəfindən “Erkən nikah halları və onun fəsadları” devizi altında Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə marifləndirici tədbir keçirilib.

 

Naxçıvan Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, məktəbin pedaqoji kollektivinin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə xəstəxananın həkimi Fatma Həsənova çıxış edib.

 

Şagirdlərin maarifləndirildiyi tədbirdə erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından zərərləri barədə geniş müzakirələr aparılıb.

 

Vurğulanıb ki, yeniyetmə yaşında ailə quran insan həyatın ritmini pozmuş olur. Orta məktəbi bitirmək, ali məktəbə qəbul olmaq, mütəxəssis kimi yetişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək şüurlu canlının strateji hədəfi olmalıdır. Belə ki, erkən nikahlar bu hədəfə çatmaqda ən böyük maneədir.

 

Bildirilib ki, erkən yaşda qurulan nikahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına da gətirib çıxarır. Çünki insanın dünyagörüşü 18 yaşından sonra formalaşmağa başlayır. İnsanda bu yaşadək ailə haqqında təsəvvürlər ya olmur, ya da yanlış ştrixlərlə əhatələnir. Son dövrlər artan intihar hadisələri, qadınlara qarşı şiddət hallarının böyük əksəriyyəti məhz müqəddəs ailə prinsiplərinin dağılmasının nəticəsidir.

 

Tədbirdə, həmçinin erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə erkən nikahla mübarizə yolları barədə məlumat verilib.

 

Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır