Regionlardakı tibb müəssisələrində toksikoloji və allerqoloji xidmətlər təkmilləşdirilir
31.05.2023 17:06
TƏBİB-in təşkilatçılığı ilə regionlardakı tibb müəssisələrində toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi üzrə layihələr keçirilir.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, “Regionlarda toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.
TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin təşkilatçılığı, Koordinasiya qrupunun üzvlərinin iştirakı ilə 24-26 may tarixlərində Qax və Ağdaş rayonlarına səfər təşkil olunub.
Koordinasiya qrupunda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, şöbənin həkim-toksikoloqu Faiq Süleymanov, Nərimanov Tibb Mərkəzinin həkim-allerqoloqu Rasimə Söyziyeva, Mərkəzin nəzdində olan Uşaq Kliniki Xəstəxanasının Allerqologiya və immunologiya şöbəsinin müdiri Lalə Axundova yer alıb.
Səfər zamanı Şəki, Qax, Zaqatala, Balakən, həmçinin Ağdaş, İsmayıllı, Qəbələ və Oğuz rayonlarındakı tibb müəssisələrində çalışan təcili tibbi yardım şöbələrinin həkimləri, həkim-anestezioloq-reanimatoloqlar, həkim-terapevtlər, həkim-pediatrlar üçün seminarlar keçirilib.
Seminarlar ilan dişləməsi, uşaqlarda qida allergiyası, dərman zəhərlənməsi, toksik epidermal nekroliz, anafilaktik şok, narkotiklərin sui-istifadəsi, alkoqolla bağlı təcili hallar mövzularını əhatə edib.
Tədbirlə interaktiv müzakirələrin aparılması ilə davam etdirilib.
Bu bölməyə aid digər xəbərlər
Tovuzda tanınmış həkim vəfat edib
23.10.2026 | 11:50
Gəncədə həkim uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib
23.10.2026 | 09:28
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

