AQTİ-nin İdarə Heyətinin tərkibi genişləndirilib - QƏRAR
27.05.2023 13:48

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) nəzarəti həyata keçirən İdarə Heyətinin tərkibi genişləndirilib.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Qərara dəyişikliklə İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq.

 

Nizamnamənin əvvəlki variantında isə İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirirdi. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət idi.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev