Şəhid və qazi övladları üçün tibbi aksiya keçiriləcək  
26.05.2023 18:08

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və  Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə uşaqlar üçün kompleks müayinə aksiyası keçiriləcək.

“Hər bir uşaq, hər bir ana” şüarı altında tibbi aksiya uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliğinə xidmət və ümumulikdə sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.
            

Həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu aksiya şəhid və qazi ailələrindən gənc analar və övladları üçün təşkil olunacaq.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində (ATU Tədris Cərrahiyyə Klinikası və ATU Tədris Terapevtik Klinikası) keçiriləcək aksiyada müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

3 gün davam edəcək aksiya çərçivəsində 100 uşaq və 50 anaya ambulator müalicə-profilaktik xidmətlər göstəriləcək.

Aksiyadan yararlanmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz!

Mob: 050-317-47-78 Namik Xəlilov
         051-291-37-85;
         050-322-88-36 Günay Əliyeva


            #SəhiyyəNazirliyi
            #AzərbaycanPediatrlarAssosiasiyası
            #Hərbiruşaq, #hərbirana
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər