"Amerikada necə həkim olmaq olar?" adlı panel görüş keçirilib
27.05.2023 11:23

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tələbələr və rezidentlər üçün "Amerikada necə həkim olmaq olar?" adlı panel görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə klinikanın direktoru Fərid Eyvazov tələbə və rezidentlərin fəaliyyəti, təhsili, problemləri haqqında çıxış edib: "Biz Tibb Universiteti olaraq rezidentura təhsili veririk. Bununla yanaşı, təkcə ölkəmizdə deyil, Avropa və Amerikadakı mövcud praktikalara daha dərindən yiyələnmək üçün belə seminarların təşkil edilməsi əhəmiyyətlidir. Bu məqsədlə xaricdə fəaliyyət göstərən mütəxəssislərimiz, yerli həkim əməkdaşlarımızla görüşlərimiz olacaq. Bizim təhsil sistemimiz müasir dünya təhsilinə inteqrasiya etsə də, bu prosesin operativ, sürətli olmasını təmin etmək üçün çalışmalıyıq. Əminik ki, fəaliyyətimizin bu istiqaməti sizə maraqlı olacaq”.

 

Direktor çıxışının sonunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universitetinin rektorluğuna və Amerika-Azərbaycan Tibb Assosiasiyasının prezidenti və həmtəsisçisi Rauf Şahbazova bu konfransın həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

 

Daha sonra vaxtilə ATU-da bakalavr təhsili almış, İstanbul Marmara Universitetində ixtisaslaşmış və hazırda ABŞ-ın Nyu Cersi ştatında yerləşən "Overlook Hospital"da rezidentura təhsilini davam etdirən həkim-qastroenteroloq Nərgiz Qasımova təlimçi olaraq çıxış edib. O, tələbə və rezidentlərə Amerikada sertifikatlı həkim olmaq, orada işləmək hüququ əldə edə bilmək imkanları haqqında danışıb. 

 

Sonda tələbələr və rezidentlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev