Ömrünün 40 ilini Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Çingiz Əliyev
29.05.2023 14:44
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Çingiz Əliyevdir.
 
Çingiz Nizami oğlu Əliyev 1958-ci il oktyabr ayının 28-də Kürdəmir rayonunun Xırdapay kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. 1982-83-cü illərdə Respublika Klinik Xəstəxanasında internatura kursu keçib.
 
O, 1983-cü ilin avqust ayından Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində yeniyetmələr həkimi vəzifəsində işə başlayıb. 1984-cü ilin yanvar ayında Respublika Endokrinoloji Dispanserində kursda olub. Bu kursdan sonra Kürdəmir şəhər poliklinikasında həkim-endokrinoloq vəzifəsi ona həvalə edilib.
 
Həkim 1984-cü ildə Belarusun Minsk şəhərinin Həkimləri Təkmilləşdirmə İnstitutunda endokrinologiya ixtisasına yiyələnib.
 
Çingiz Əliyev 1997-ci ildə Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunun Sabunçu xəstəxanasında endokrinologiya üzrə təkmilləşdirmə kursunda olub. O, 1997-ci ildən Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin üzvüdür.
 
1984-cü ildən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-endokrinoloq vəzifəsində işləyir. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır