“Medinex” və “BeautyAzerbaijan” sərgiləri 2-4 noyabrda keçiriləcək
26.05.2023 16:35

Bu il 2-4 noyabr tarixlərində Bakı Ekspo Mərkəzi III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları - “Medinex” və III Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası - “BeautyAzerbaijan” sərgilərinə ev sahibliyi edəcək.

Bu sərgilər yenidən sənaye mütəxəssislərinə işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaqdır.

“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirərən mühüm və nüfuzlu tibb tədbirlərdəndir. Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distribyutorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

“Medinex” 2023 sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir.

Sərgi tibbdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıq, tibb müəssisələri və apteklər üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, diyetologiya, tibbi təhsil, BeFit – Sağlam həyat tərzi, sanitar nəqliyyat bölmələri üzrə təşkil olunacaqdır.

“Medinex” sərgisi ilə eyni anda gözəllik industriyası sərgisi "BeautyAzerbaijan" keçiriləcək. Sərgi çərçivəsində “SPA &Welness”, kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, dekorativ kosmetika, professional kosmetika, salon avadanlıqları və bərbər alətləri, dırnaq xidmətləri üçün vasitə və alətlər, saça və bədənə qulluq vasitələri, yaşlı nəsil üçün məhsul və xidmətlər, uşaq kosmetikası kimi sektorlar üzrə məhsul və xidmətlərin nümayişi gözlənilir.

Medinex və "BeautyAzerbaijan" sərgiləri çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sərgilər çərçivəsində ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır.

Beləliklə, “Medinex” və "BeautyAzerbaijan" sərgiləri sənaye mütəxəssislərini bir platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsətdir.

Sərgilərin təşkilatçısı CaspianEventOrganisers şirkətidir.


Sərgilərlə bağlı məlumatı sərgilərin internet səhifələrindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür:
www.medinex.az, www.beautyexpo.az

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub