Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İspaniyada beynəlxalq konqresdə çıxış edib
26.05.2023 11:28
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İspaniya Krallığının Palma de Mayorka şəhərində keçirilən Avropa Toksikoloji Mərkəzlər və Kliniki Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 43-cü Konqresində iştirak edir.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Dünyanın 60-dan çox ölkəsindən nümayəndələrin iştirak etdiyi beynəlxalq tədbirin plenar və panel sessiyalarında indiki dövr üçün aktual olan kliniki, hərbi, peşə və profilaktik toksikologiyaya aid məsələlər müzakirə olunub. Kəskin zəhərlənmələrin epidemiologiyasına, narkotik və psixotrop maddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasir yanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanı daxili üzvlərin zədələnməsinin terapiyası, aktiv detoksikasiyanın və antidot vasitələrin yeni növlərinin tətbiqi, sui-qəsd xarakterli zəhərlənmələrin qarşısının alınması, peşə intoksikasiyalarının profilaktikası, dərmanların allergik və başqa xoşagəlməz effektlərinə nəzarət, hərbi toksikologiya və bir sıra digər məsələlər dünyanın və Avropanın aparıcı mütəxəssislərinin iştirakı ilə müzakirə edilib.
 
Tədbirdə dosent İsmayıl Əfəndiyev Azərbaycanda sui-qəsd mənşəli zəhərlənmələrin epidemiologiyası və bu növ intoksikasiyalara qarşı profilaktik tədbirlərə dair məruzəsini təqdim edib. Təqdimat konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
 
Beynəlxalq konqres öz işini may ayının 26-na qədər davam etdirəcək.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev