İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenilənib
25.05.2023 15:57
TƏBİB “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunaraq istifadəyə verilib.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyasının xidmət sahələri genişləndirilib, Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri təşkil olunub. Mərkəzi Laboratoriyanın fəaliyyətinin bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb.
Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısaldılıb, bütün analizatorlar “E-Təbib” proqram təminatına, eləcə də kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub.
Eyni zamanda, laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 800-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər.
Qeyd edək ki, pasiyentlər tamamilə elektronlaşdırılmış analizlərinin nəticələrini tibb müəssisəsinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə ( https://lab.tabib.gov.az/ ) əldə edə bilərlər.
Bu bölməyə aid digər xəbərlər
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Yevlaxda vətəndaşları qəbul edib
05.09.2026 | 12:21
"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı: Pediatr Rüxsarə Mustafayeva
05.09.2026 | 10:57
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
04.09.2026 | 23:44
Qobustan RMX-da təlim: “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu”
04.09.2026 | 17:10
Qazaxda maarifləndirici tədbir: "Sülh və sağlamlıq"
03.09.2026 | 14:11
Qobustan RMX-da “Pasiyent məmnuniyyəti və etik davranış” mövzusunda təlim keçirilib
03.09.2026 | 11:56
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
02.09.2026 | 11:07
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
02.09.2026 | 09:26
Babək rayonunda tibbi aksiya: 25 nəfər müayinə olunub
27.08.2026 | 13:12
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
27.08.2026 | 10:40
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04.09.2026 | 11:42
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
27.08.2026 | 09:31
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
27.08.2026 | 12:34
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
28.08.2026 | 09:59
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
28.08.2026 | 11:02
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
30.08.2026 | 11:25
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
30.08.2026 | 10:00
Anestezioloq-reanimatoloq Emil Muradov - "Həkimlərimizi tanıyaq!" rubrikası
31.08.2026 | 17:25
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
30.08.2026 | 16:19
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
27.08.2026 | 10:40
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
01.09.2026 | 16:49
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
03.09.2026 | 14:18
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
02.09.2026 | 13:50
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
02.09.2026 | 14:44
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
30.08.2026 | 10:45

