Şəki Rayon Mərkəzi Xəstəxanasında Ümummilli Liderin 100 illiyi münasibətilə tədbir keçirilib
23.05.2023 10:48

Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin akt zalında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar növbəti tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Səhiyyə Xidmətlərinin Təşkili (SXT) şöbəsinin müdiri İradə Xəlilova, kənd həkim məntəqələrinin müdirləri və digər tibb işçiləri iştirak ediblər.

 

SXT şöbəsinin müdiri İradə Xəlilova, Cəyirli kənd həkim məntəqəsinin müdiri Hüsniyyə Məmmədova, Baş Göynük kənd həkim məntəqəsinin müdiri Ülkər Əlizadə və Oxud kənd həkim məntəqəsinin müdiri Xansu Abdullayev çıxış edərək Ümummilli Liderin ömür yolundan, onun elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində həyata keçirdiyi layihələrdən və böyük xilaskarlıq missiyasından danışıblar.


Sonda Ulu Öndərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır