Qazaxın Bala Cəfərli kəndində səyyar tibbi müayinə aksiyası təşkil olunub
21.05.2023 07:54

Mayın 20-də “Heydər Əliyev İli” çərçivəsində TƏBİB-in tabeliyndəki “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin həkim biriqadası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Qazax rayonun sərhəd kəndi olan Bala Cəfərli kəndində səyyar tibbi müayinə aksiyası keçirilib.

 

Aztibb.az-a Diaqnostika Mərkəzindən bildirilib ki, aksiyada vətəndaşlar terapevt, kardioloq, LOR, cərrah müayinələrindən yararlanıblar.

 

Tibbi aksiyada 20 nəfər kənd sakini tibbi müayinədən keçib. Həmçinin şəhidin həyat yoldaşına evində tibbi xidmət göstərilib.

 

Müayinə zamanı səhhətində narahatlıq hiss olunan vətəndaşlarda tibbi göstərişlərə əsasən, Mərkəzdə xidmətin verilməsi təmin olunacaq, eləcə də verilməsi mümkün olmayan tibbi xidmətlərlə dövlət və ya özəl tibb müəssisələrinə göndərişin verilməsi ilə bağlı müvafiq addımlar atılacaq.

 

Əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl və həssas qrup insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.

 

Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, səyyar tibbi xidmətin Qazax rayonunun digər sərhəd kəndlərində keçirilməsi nəzərdə tutulur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır