Gəncədə Regional Hematologiya Simpoziumu keçirilib
15.05.2023 11:26
Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Regional Hematologiya Simpoziumu keçirilib. Tədbir Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Səhiyyə Nazirliyinin dəstəyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Bu barədə Aztibb.az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Tədbirdə TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin məsləhətçisi Aidə Məmmədova, MHTM-in icraçı direktoru Valeh Hüseynov və digərləri çıxış edərək Ulu Öndərin Azərbaycan səhiyyəsində, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişindəki əvəzsiz rolundan bəhs ediblər.
Daha sonra hematologiyanın aktual məsələlərini əhatə edən müxtəlif mövzularda məruzələr dinlənilib.
Simpozium çərçivəsində Gəncədə və ətraf regionlarda hematoloji xəstələrlə çalışan həkim və orta tibb işçilərinə nəzəri təlimlərin verilməsi, onlara praktik bilik və bacarıqlarının artırılması məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ezamların təşkili məsələləri müzakirə olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın bir sıra regionlarında hematologiya sahəsinin inkişafına təkan vermək və müasir protokolların vacib məqamlarını ictimaiyyətə çatdırmaqdır. Tədbir
Bu bölməyə aid digər xəbərlər
Tovuzda tanınmış həkim vəfat edib
23.10.2026 | 11:50
Gəncədə həkim uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib
23.10.2026 | 09:28
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

