Xaçmazda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
10.05.2023 10:18
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından bildirilib.
 
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan xəstəxananın direktoru Səyyaf Tağıyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir.
 
Direktor vurğulayıb ki, Ulu Öndər Heydər anadan olmasının 100 illik yubileyini böyük təntənə ilə qeyd edir.
 
O, Azərbaycan tarixinin 1960-cı illərin axırlarından başlayaraq otuz ildən artıq bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edərək bildirib ki, həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyətində həmişə Vətənimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafına ximət edib, respublikamızın tərəqqisi üçün var qüvvəsi ilə çalışıb.
 
Səyyaf Tağıyev Ümummilli Lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, səhiyyə sahəsinin inkişafına da xüsusi diqqət göstərdiyini qeyd edib. O, təməli Ümummilli Lider tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla və peşəkarlıqla davam etdirildiyini bildirib.
 
Daha sonra çıxış edən xəstəxananın həkim-pediatrı Həbibulla Mirzəyev, hüquqşünas Novruz Əliyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır